Rusiya XİN-dən Paşinyanın sözçüsünə etiraz:"Onun bəyanatı forma və məzmun baxımından narahatlıq doğurur"

6-12-2018, 07:03           
Rusiya XİN-dən Paşinyanın sözçüsünə etiraz:"Onun bəyanatı forma və məzmun baxımından narahatlıq doğurur"
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan baş naziri vəzifəsinin icraçısı Nikol Paşinyanın mətbuat katibi Arman Yeqoyanın bəyanatının həm forma, həm də məzmun baxımından narahatlıq doğurduğunu bildirib.

O, bunu “Tert.am” erməni saytına açıqlamasında deyib.

Yeqoyan bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dekabrın 6-da Sankt-Peterburqda keçirilməli olan sammitinin erməni tərəfinin xahişi ilə təxirə salınması barədə sözlərini təkzib edərək, “Ermənistanın sammitin təxirə salınmasını təklif etmədiyini” bildirib.

“Rusiya prezidentinin köməkçisi Uşakovun sözləri təsdiqə ehtiyac duymur, Ermənistan baş naziri vəzifəsinin icraçısının mətbuat katibinin bəyanatı isə forma və məzmun baxımından narahatlıq doğurur”, – deyə Zaxarova söyləyib/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru