“Ramin Hacılı 18 minimizi alıb, gizlənib” - Ağır ittihamlar

27-10-2015, 15:39           
“Ramin Hacılı 18 minimizi alıb, gizlənib” - Ağır ittihamlar
Şəxsi problemləri ilə bağlı ölkəni tərk etdiyi deyilən Ümid partiyasının sədr müavini, deputatlığa namizəd Ramin Hacılı ilə bağlı sərt ittihamlar səsləndirilib.

“Qafqazinfo”ya müraciət edən Cənubi Azərbaycandan olan H.X (adını bizə açıqlasa da, saytda yayımlanmasını istəmədi-red.) adlı tələbə bildirib ki, o, üç dostu ilə bir müddət əvvəl Ramin Hacılı ilə tanış olub. Sədr müavini onlara İtaliyada təhsil ala bilmələri üçün yardım edə biləcəyini bildirib və bu məqsədlə də tələbələrin hər birindən 6 min manat pul alıb.

Tələbənin sözlərin görə, R.Hacılı nəinki onların xaricdə təhsil almalarına, hətta İtaliya konsulluğunda viza əldə etmələrinə belə yardım etməyib:

“Pulumuzu istəyəndə qaytaracağına söz verdi, lakin hər dəfə müxtəlif bəhanələrlə bizi aldatdı. Bir neçə gün əvvəl onu tutduq və xarici pasportunu əlindən aldıq. Hazırda onun xarici pasportu bizdədir və mətbuata açıqladıqları kimi ölkəni tərk etməyib, hardasa buralarda gizlənib. Bununla bağlı polisə müraciət edəcəyik. Çünki bizimlə yanaşı, başqalarını da aldatdığını bilirik”.

Tələbə bildirib ki, 18 min manat pulu Ramin Hacılıya verdiklərinə dair bütün sənədlər onlardadır və lazım gələrsə, onları da mətbuata təqdim edəcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.