Müsavatda seçki ÜSYANı - "...məsləhətləşməliyəm"

29-10-2015, 14:57           
Müsavatda seçki ÜSYANı - "...məsləhətləşməliyəm"
Partiyanın Divan üzvü və təşkilat komitəsinin rəhbəri Razim Əmiraslanlı da namizədliyini geri çəkməkdən imtina edənlər arasındadır.

teref.az aznews.az-a istinadən xəbər verir ki, R.Əmiraslanlı partiyanın Divan iclasının seçki ilə bağlı qərarına hörmətlə yanaşdığını bildirib: “Mən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. İstər seçkidən əvvəl, istərsə də indiki halda mübarizənin davam etdirilməsinin tərafdarı olmuşam. Buna baxmayaraq, Divanın qərarına hörmətlə yanaşıram. Mən namizədliyimi irəli sürərkən Cəbrayılın tanınan, görkəmli ictimai xadimləri, müharibə veteranları, Qarabağ qaziləri, gənc fəallar və digər yaxınlarımla məsləhətləşdikdən sonra bu qərarı verdim. Əgər namizədliyimi geri çəkərəmsə, ərizə ilə dairə seçki komissiyasına müraciət etsəm o zaman öncə həmin şəxslərlə məsləhətləşməliyəm. Onların qərarı mənim atacağım addımlara stimul verəcək












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.