Paşinyan Arayik Muradyanı işdən çıxardı

16-03-2021, 00:09           
Paşinyan Arayik Muradyanı işdən çıxardı
Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın yaxın dostunu vəzifəsindən azad edib. Paşinyan Vayots Dzor bölgəsinin qubernator müavini Arayik Muradyanı işdən çıxarıb. Onun hansı səbəbdən işdən çıxarıldığı açıqlanmasa da, Muradyanın baş nazirin istefasını tələb edən Qasparyana dəstək olduğu və onu müdafiə etdiyi bildirilib.

Arayik Muradyan 29 oktyabr 2020-ci ildə baş nazirin seçimi ilə vəzifəyə təyin olunmuşdu.

Xatırladaq ki, Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan bir neçə gün əvvəl vəzifəsindən azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru