Tofiq Yaqublu ABŞ-a birdəfəlik getməsi xəbərinə reaksiya verdi

29-08-2017, 09:20           
Tofiq Yaqublu ABŞ-a birdəfəlik getməsi xəbərinə reaksiya verdi
İyunun əvvəlindən ABŞ-a gedən Müsavat Partiyası başqanının müavini, yazar Tofiq Yaqublu hələ də paytaxt Vaşinqtondadır.

Tofiq Yaqublu okeanın o tayın işgüzar səfər getdiyini açıqlamışdı. ABŞ səfərindən iki aya yaxın vaxt keçsə də Tofiq Yaqublu hələ vətənə dönməyib.


Dünən Tofiq Yaqublu ilə əlaqə saxlayıb “Amerikadan geri dönməyi düşünürsünüzmü? Sizi mühacir hesab etmək olarmı artıq?” suallarını ünvanladıq. Cavabında bildirdi ki, səfəri müvəqqətidir və mühacirətə getməyib: “Nə mühacir? Elə şey yoxdur. Bir azdan qayıdıram”.


Tofiq Yaqublu ABŞ-da soydaşlarımızla görüşdüyünü, vəziyyətinin normal olduğunu bildirdi. Azərbaycana qayıdacağı gün barədə isə dəqiq nə isə demədi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru