"İraq və Suriya bir neçə yerə parçalanacaq" - ABŞ hərbi kəşfiyyatının başçısı

11-09-2015, 17:32           
"İraq və Suriya bir neçə yerə parçalanacaq" - ABŞ hərbi kəşfiyyatının başçısı
Hərbi münaqişə və məzhəblər arası toqquşmalar nəticəsində İraq və Suriya bir neçə yerə parçalana bilər.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə ABŞ hərbi kəşfiyyatının başçısı general-leytenant Vinsent Stüart çıxış edib. O deyib ki, İraq və Suriya öz sərhədləri üzərində nəzarəti itiriblər və İŞİD-in əlindəki torpaqları qaytarmaq çox çətin olacaq. Onun sözlərinə görə, Suriya böyük ehtimalla iki yerə bölünəcək.

Kürdlər isə daha çox İraqın mərkəzi hakimiyyətinin nəzarətindən çıxmaq uğrunda döyüşürlər.

General qeyd edib ki, ABŞ İraq və Suriyanın ərazi bütövlüyü uğrunda mübarizə aparır. Lakin vəziyyət başqa cür inkişaf edir.

Vinsent Stüartla bir konfransda çıxış edən Con Brennan deyib ki, İraq və Suriyanın sərhədləri dəyişməyib. Lakin növbəti 10-20 böyük dəyişikliklərə məruz qalacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru