Deputatlığı şübhə altına düşən Abel Məhərrəmov rektor postunu da itirir... - İlginc iddialar

14-09-2015, 15:55           
Deputatlığı şübhə altına düşən Abel Məhərrəmov rektor postunu da itirir... - İlginc iddialar
Seçkidən sonra təkcə icra başçılarının deyil bəzi ali məktəb rektorlarının da yeniləri ilə əvəzlənəcəyi gözlənilir.

Redaksiyamıza etibarlı mənbədən daxil olan informasiyaya görə, seçkidən sonra Bakı Dövlət Universitetinin, Gəncə Texnologiya Universitetinin və Gəncə Dövlət Universitetinin rektorları görəvdən alınacaq. Həmin universitetlərlə bağlı həm mediada xeyli şikayətlər yayılıb, həm də yuxarı orqanlara xeyli şikayət göndərilib. Bu isə adı çəkilən ali məktəb rektorlarının vəzifədən alınmasını şərtləndirib. GDU və GTU-ya kimlərin rektor təyin ediləcəyi barədə hələlik adlar hallanmasa da, BDU-ya Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun rektor təyin ediləcəyi gözlənilir. Onun rektor kimi cəmiyyətdə nüfuzunun artması, xeyli uğurlar qazanması da buna imkan yaradır.
Adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.(Yenilik.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.