Milli Məclisin sədri millət vəkili haqqında: “Son zamanlar xeyli avropalaşıb”

14-09-2015, 20:20           
Milli Məclisin sədri millət vəkili haqqında: “Son zamanlar xeyli avropalaşıb”

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında maraqlı məqam yaşanıb.

Gün.Az-ın verdiyi xəbərə əsasən, Milli Məclisin sədri Oqtay Əsədov sistemdə nasazlıq yarandığı üçün əlində üç siyahının olduğunu bildirib: “Həmin üç siyahını birləşdirib hamıya, ilk növbədə isə “Avronest”in, Avropanın digər siyasi qurumlarının qruplarında təmsil olunanlara söz vermək istəyirəm. Bunun üçün ilk əvvəl Səməd Seyidov fikrini bildirsin, daha sonra “Avronest”dəki Azərbaycan nümayəndə heyətinin rəhbəri, deyəsən, o burada yoxdur, son zamanlar xeyli “avropalaşıb”, onun yerinə Əli Hüseynli, müxalifətdən Qüdrət Həsənquliyevə, iqtidardan isə Siyavuş Novruza söz verəcəm”.

Qeyd edək ki, spikerin atmaca atdığı şəxs Azərbaycanın “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru