Azərbaycanın Qarabağı qaytarma niyyətinə qarşı iyrənc Qərb modeli... ƏSLİNDƏ NƏ BAŞ VERİR?

14-09-2015, 20:31           
Azərbaycanın Qarabağı qaytarma niyyətinə qarşı iyrənc Qərb modeli... ƏSLİNDƏ NƏ BAŞ VERİR?
Azərbaycan bir savaş astanasında idi. Hər halda görükəni bu idi. Və həqiqətdə də rəsmi Bakı 22 il əvvəl uduzduğu savaşın nəticələrini dəyişdirmək üçün ciddi əməli fəaliyyətdə idi və günü bu gün də eyni istiqamətdəki ciddiliyini qoruyur.

Təbbi ki, dünyanın - "dünya" dedikdə - "Qərb" adı altında şifrələnmiş Xristian Dünyasının Azərbaycanın məlum təşəbbüslərinə reaksiyası hesablanan idi. Yəni nəyi necə edəcəkdilər bəlli idi. Belə də oldu. Ənənəvi reaksiyalarını verdilər. Azərbaycana qarşı qadağalar tətbiqi, Azərbaycan dövlətinin sərt tənqidi, Azərbaycandakı siyasi hakimiyyətə qarşı basqılar...
Əslində məlum Qərb bu "sərt mövqeyini" əvvəlindən ortaya qoymalı idi. Yəni Xədicə də, Leyla da, Arif da neçə müddətin məhbuslarıdırlar. Onlar dünən həbs olunmayıblar.

Kimsə iddia edə bilməz ki, bu gün həmin qocaman Qərb Azərbaycan dövləti ilə münasibətlərini məhz adlarını çəkdiyim məşhur məhbuslara görə korlayır. Bəhanədir..

Heç onlar hansısa demokratikləşmə prosesinin də peşində deyillər. Guya Azərbaycana indi bələddirlər..

Təbi ki, onları narahat edən rəsmi Bakının Qarabağın azadlığı yolunda yürütdüyü siyasi xəttdir.

Azərbaycanda hətta körpə uşağa da gün kimi aydındır ki, Qarabağın açarı kimin cibindədir.

Bizə isə Qarabağ lazımdır. Daha millətə nağıl danışma zəmanəsini də keçmişik.

Kimsə "ATƏT gələcək, Qarabağ bizə dönəcək" kimi nağıllara inanmır. Və artıq Azərbaycan hakimiyyəti də ATƏT tərəfindən başımızın altına qoyulan "sülh danışıqları" yastığınından imtina edib.

Buna görə də aləm dəyib bir-birinə...

Belə olacağını isə illər əvvəldən... hələm Avropa Şurasına üzv olandan bilirdik.
Oraların sənədində net şəkildə qeyd olunurdu ki, Azərbaycan əgər Qarabağda savaşa başlayarsa, ona qarşı sanksiyalar tətbiq oluna bilər. İnanmayanlar köhnə sənədləri qalıdırıb baxa bilərlər. O ki qaldı məşhur məhbuslara... Onlara görə Avropanın, Amerikanın bu şəkildə tarana gedəcəyinə kimsə inanırsa, onlardan daha da məşhurlara görə eyni ünvanların ən kəskin dönəmlərdə susmasını xatırlatmaq istəyirəm.

Kimə danışsalar da, belə nağılları bizə danışa bilməzlər.

***

Hə, bundan sonra nə olacaq? Maraqlı olanı da burasıdır.

Görünəni odur ki, rəsmi Bakı ehtiyatlı görünmür. Yəni məlum Qərbin hədəsinə hədə ilə cavab verir. Bu isə israr əlamətidir və ən doğru olanı da budur.

Təbii ki, burada itirdiklərimiz də olacaq. Amma inanın ki, bu itirdiklərimiz, itirəcəklərimiz hansısa baxımdan uğrunda canımızı fəda etməyə hazır olduğumuz Qarabağdan baha deyil.

Yəni sanksiyalar olsa belə, uduzmayacağıq...

Həm də... demirdilərmi ki, Azərbaycan dövləti Qarabağı satın almaq istəyir... Bu da alış-veriş...

Nədən narahatsınız ki?


Məhəmməd ƏRSOY
Dia.az-ın baş redaktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.