Uşaqları öpərkən diqqətli olun, TƏHLÜKƏLİ VİRUS yoluxa bilər - XƏBƏRDARLIQ

21-04-2025, 11:28           
Uşaqları öpərkən diqqətli olun, TƏHLÜKƏLİ VİRUS yoluxa bilər - XƏBƏRDARLIQ
Uşaqları öpərkən diqqətli olmaq lazımdır.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, həkim-infeksionist Mərdan Əliyevin sözlərinə görə, immun sistemi güclü olan böyüklərdəki hər hansı gizli infeksiya, immun sistemi zəif olan uşaqları öpən zaman qalıcı fəsadlar yarada bilər.

Həkimin sözlərinə görə, hətta bu cür yoluxan Epsteyn-Barr virusu var ki, buna "öpüş" xəstəliyi də deyirlər.

Bu, uşaqlarda qızdırma, halsızlıq, boğaz ağrısı, limfa düyünlərinin böyüməsi ilə müşayiət olunan xəstəlikdir, ağız suyu ilə yoluxur.

Həkim bildirib ki, böyüklərdə bəzən gizli şəkildə təzahür edə bilən və sağalan bu xəstəliklər, uşaqlar üçün çox böyük təhlükə yarada bilər. Odur ki, diqqətli olmaq vacibdir.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru