Xristian missionerlərin turistlərə verdikləri hədiyyələrin içindən nə çıxdı? - ARAŞDIRMA

10-08-2017, 13:11           
Xristian missionerlərin turistlərə verdikləri hədiyyələrin içindən nə çıxdı? - ARAŞDIRMA
Missioner təşkilatların nümayəndələri xüsusən İrandan Azərbaycana gələn turistlərə fləş-kart və telefonlar üçün mikro yaddaş kartı hədiyyə verirlər.

Bütün bunları "Ölkə.Az"-ın əməkdaşı izləyib.

Fləş-kart və telefonlar üçün mikro yaddaş kartının turistlərə verilməsi diqqətdən yayına bilməzdi. İranlı turistlərdən xahiş edib fləş-kart və telefonlar üçün mikro yaddaş kartlarına baxdıqda isə məlum olur ki, bu xristianlığın dini sektalarından birinə məxsus təbliğat vasitələridir. Turistlərə verilən fləş-kart və telefonlar üçün mikro yaddaş kartının içərisində "musiqi parçaları var" deyilsə də, əslində müxtəlif dillərdə - Azərbaycan, fars, kürd, ingilis dillərində dinə çağırışlar yer alıb.

Maraqlıdır ki, fləş-kart və telefonlar üçün mikro yaddaş kartların içərisində olan səs yazılarını silmək mümkün olmur. Kimsə onu götürüb də, içindəkini silərəm, hazır fləş-kart və telefonlar üçün mikro yaddaş kartıdır deyərsə də yanılar. Onları silmək üçün mütləq peşəkar kompyuter mütəxəsislərinə müraciət etməlidir.

Fləş-kart və telefonlar üçün mikro yaddaş kartını turistlərə hədiyyə edənlərdən hansı təşkilata məxsus olduqlarını soruşduqda isə heç bir cavab vermədən uzaqlaşdılar.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru