İcra başçısının müavini təyin edilən gənc qız kimdir? - FOTOLAR

11-08-2017, 08:31           

Xəbər verdiyimiz kimi, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının yeni müavini vəzifəsinə təyinat olub. Bu vəzifəyə Fərəcova Rəna Möhübbət qızı təyin edilib.

"Qaynarinfo" xəbər verir ki, Rəna Fərəcova Azərbaycan Dillər Universitetinin məzunudur. O, 2011-ci ildə Bakalavr, 2013-də Magist təhsilini bitirib.

İcra başçısının müavini bundan əvvəl Azərbaycan Dillər Universitetinin Təlimdə İnnovasiyalar kafedrasında müəllim kimi fəaliyyət göstərib.

O, filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını "Müasir ingilis dilində təyin-budaq cümləli tabeli mürəkkəb cümlələrin variativliyi" mövzusu üzrə müdafiə edib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru