Qubad İbadoğludan test üsulunun ləğvinə ETİRAZ

24-08-2017, 12:09           

“Gəlin, tələbə qəbulunda testi qoruyaq”.

Xeber365.com bildirir ki, bu sözləri iqtisadçı-alim Qubad İbadoğlu öz Feysbuk səhifəsində yazıb.

O bildirib ki, gələcəyi düşünən hər kəs bu mövzuda etiraz səsini yüksəltməlidir:

“Azərbaycanın müasir təhsil tarixində ən öyünüləsi sistem qəbul imtahanlarının testlə həyata keçirilməsidir. Bundan savayı ciddi uğurlara imza ata bilmədiyimiz, bu sahədə nəinki dünya, heç region çapında önə çıxmadığımız halda, DİM sədrinin ali məktəblərə tələbə qəbulunda test sisteminin ləğv ediləcəyi, iki ildən sonra "yeni imtahan modeli" tətbiq olunacağı ilə bağlı açıqlamaları ciddi məyusluq və narahatlıq doğurur. Odur ki, mən də qəbul imtahanında dəyişiklik zərurəti ilə bağlı əsassız qənaəti bölüşməyərək, onu rədd edir və gələcəyi düşünən hər kəsi etiraz səsini ucaltmağa səsləyirəm. Mayası korrupsiya ilə yoğrulan hazırkı hakimiyyəti ali məktəblərə tələbə qəbulundə 25 ildən sonra geriyə yönələn, rüşvətə yol açan dəyişikliklərə yol verməməyə çağırıram”.

Xatırladaq ki, dünən Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər. O bildirib ki, hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.