Azərbaycan neftinin qiyməti qalxdı –0,16 dollar

25-08-2017, 08:37           

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 23-də 54,12 dollar/barel təşkil edib ki, bu da ötən çərşənbə axşamına olan göstəricidən 0,16 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 23-də 53,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,16 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 23-də 50,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 23-də 52,08 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,19 dollar/barel çoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.