Tovuzda xəstəxana işçisinin intiharı ilə bağlı bəzi təfərrüatlar məlum olub - YENİLƏNİB

25-08-2017, 08:53           
Tovuzda xəstəxana işçisinin intiharı ilə bağlı bəzi təfərrüatlar məlum olub - YENİLƏNİB
Tovuz rayonunun Qovlar Şəhər Xəstəxanası əməkdaşının intihar etməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
"Report"un Qərb bürosu xəbər verir ki, intihar edən Namazov Aqil Qəzənfər oğlu qardaşına zəng edərək özünü öldürəcəyini və hər kəsin onu bağışlamasını istədiyini bildirib.
Qardaşı hadisə yerinə çatdıqda onu artıq asılı vəziyyətdə görüb. O, köməyə çağırdığı insanlarla birgə ipi kəsərək qardaşını asdığı yerdən aşağı endirsə də, onun öldüyü məlum olub.
Yaxınlarının dediyinə görə, onun borcu və ya hər hansı bir şəxslə ədavəti olmayıb.
Mərhumun bir yeniyetmə qızı və oğlu var.
Fakla bağlı araşdırma aparılır.
***06:57
Tovuz rayonunda intihar hadisəsi baş verib.
"Report"un Qərb bürosu xəbər verir ki, Qovlar Şəhər Xəstəxanasının bağbanı və qazanxanasının qaçaqarı işləyən 1979-cu il təvəllüdlü Namazov Aqil Qəzənfər oğlu özünü asaraq öldürüb.
Hadisənin təfərrüatları məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru