Mənzil qiymətləri: alıcılar aldadılır? - Açıqlama

27-08-2017, 10:14           
Mənzil qiymətləri: alıcılar aldadılır? - Açıqlama
Son illər paytaxın mənzil bazarında kəskin qiymət fərqləri müşahidə olunur. Bu qiymət fərqləri qarşısında çaşbaş qalan əhali aldanmamaq üçün hansı binadan mənzil alacaqlarını bəzən müəyyənləşdirə bilmir.

Bu sözləri mənzil bazarındakı son durumu Axar.az-a şərh edən ekspert, hüquqşünas Fərid Rüstəmov deyib. O bildirib ki, yay fəsli olmasına baxmayaraq, mənzillərin qiymətində enmələr müşahidə edilməyib:

“Buna əsas səbəb mərkəz ərazilərdə yerləşən mənzillərin ölkəyə səfər edən turistlərin hesabına kirayə qiymətlərinin artması və eləcə də Dövlət İpoteka Proqramı hesabına aktiv kreditləşmə olub. Hazırda bazarda mənzil alıcılarının sayının çoxalması müşahidə olunur. O ki qaldı yeni tikililərin qiymətlərində yaranan fərqlərə, qeyd etmək istərdim ki, bina tikilən zaman, bünövrə qoyularkən mənzilləri ucuz qiymətə alan şəxslər bina hazır olduqdan sonra bazara kifayət qədər müdaxilələr edə bilirlər. Ümumilikdə bir neçə kooperativin müqayisəsi zamanı müşahidə edilən qiymət fərqi həmin kooperativlərin inşa etdikləri binaların yeri, keyfiyyəti, həyətyanı sahələri, sənəd hazırlanması operativliyi və bir sıra digər amillərlə bağlıdır. İnşası başa çatmış və satılmış binalarda əldə etdikləri imic hesabına digər yeni tikililərinə alıcı tələbatını artıra bilirlər”.

Məsələyə ilə bağlı danışan iqtisadçı Qubad İbadoğlu isə qiymətləri bazarın müəyyənləşdirdiyini və alıcının aldanması halının mümkün olmadığını bildirib:

“Mənzil qiymətlərində fərqlər o qədər böyük məbləğ deyil. Bu qiymət fərqləri mənzilin yerləşdiyi ərazidən, sahəsindən, kefiyyətindən asılı olaraq dəyişir. Alıcılar aldanmamaq üçün mənzil alan zaman notariusa mütləq müraciət etməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.