Arıqladıqdan sonra milyoner oldu

9-09-2017, 08:43           
Arıqladıqdan sonra milyoner oldu
İngiltərədə yaşayan 32 yaşındakı Terri Ann Nunnsun arıqlaması onu təkcə cazibədar və özünə inamlı qadın etməyib. Çünki Nunns özünün çəki vermə üsuluna görə pul qazanaraq varlanıb.



Gənc qadın bundan 11 il öncə, 2005-ci ildə əkiz uşaqlarını dünyaya gətirib. Amma uşaqlardan biri tələf olunca kədərini unutmaq üçün daha çox yeməyə başlayıb. Ardınca üçüncü uşağını da dünyaya gətirib. Amma uşağı 11 aylıq olanda həyat yoldaşı onu atıb. Boşandıqdan sonra daha çox kökələn 2 uşaq anası çətin günlər keçirməyə başlayıb. 1 il içində 44 kilo alan Terri Ann Nunns 2011-ci ildə ikinci həyat yoldaşı ilə tanış olub və arıqlamağa qərar verib. Dieta və fitneslə bağlı irimiqyaslı bir araşdırma hazırlayan Nunns uğurlu bir dieta sayəsində gözəl bədən quruluşuna qovuşub.



Bunu işə və biznesə çevirməyə qərar verən Terri uğur qazanıb. Şəxsə özəl arılama məsləhətlərini yayımladığı internet saytının hazırda 53 min üzvü var. Gənc qadın bu işdən ildə 500 min ingilis sterlinqi qazanır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.