Hər şeyi 4 qadın başladı… - Dünyanın “liftçik cənnəti”ndən RƏNGLİ FOTOLAR

9-09-2017, 09:13           
Hər şeyi 4 qadın başladı… - Dünyanın “liftçik cənnəti”ndən RƏNGLİ FOTOLAR
Yeni Zelandiyada üzərində minlərlə liftçik və korsetin asıldığı məftil teli bu rayona səfər edən turistlərin axınına səbəb olur. Oraya gedən turistlər ya bu liftçiklərlə şəkil şəkdirirlər, ya da öz geyimlərini oraya asırlar.

Moderator.az xəbər verir ki, Yeni Zelandiyada Cardrona Bra Fenc kimi tanınan yer əvvəl adi ərazi olub. 1999-ci ildə 4 gənc qadının əyləncə üçün etdikləri bir hərəkət isə bu əraziləri məhşurlaşdırıb.

Bir yeni il gecəsi əyləndikləri bardan çıxan qızlar sərxoş vəziyyətdə məkandan uzaqlaşırlar. Xeyli getdikdən sonra yorulub yerə sərilirlər və geyimlərini çıxarıb yaxınlıqdakı teldən asırlar. Amma bu hərəkətlərinin nəyə səbəb olacağını heç təsəvvür belə etmirlər. Yoldan keçib bu mənzərəni görən qadınlar əyləncə üçün öz liftçiklərini çıxarıb bu dörd liftçiyin yanından asmağa başlayırlar.

2000-ci ildə sayı 60-a çatan lifçiklər getdikcə artmağa başlayır. Naməlum şəxslər bu liftçikləri toplayıb aparsalar da, yenə kimlərsə bu ənənəni davam etdirir. Və bu qaydada liftçiklərin yenidən asılması, yığışdırılması, yenidən asılması şəklində davam edir.

Con Li adlı bir çoban isə özünü bu liftçiklərin qeyri-rəsmi qoruyucusu elan edir.

2006-cı ildə Avropa məsələdən hali olanda artıq liftçiklərin sayı 800-ü keçmişdi. Son rəqəm isə 7400-dür. Məkana “Liftçik cənnəti” adı verilib. O üzdən əziz xanımlar Yeni Zelandiyaya gedərkən ehtiyat üçün bir liftçik aparmağınız tövsiyə olunur.


















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.