“Yeni Hayat Şirkətlər Qrupu” MMC-dən açıqlama - FOTO

15-09-2017, 08:28           
“Yeni Hayat Şirkətlər Qrupu” MMC-dən açıqlama - FOTO
teref.az olaraq keçən saylarımızda mediyaya istinadən "Yeni Həyat MMC" -nin müflis olması barədə portalımızın səhifəsində məlumat vermişdik.
Dünən “Yeni Hayat Şirkətlər Qrupu” MMC-nin İctimayətlə Əlaqələr üzrə aparıcı mütəxəssisi Samitə xanım bizimlə əlaqə saxlayaraq aşağıdakı məlumatı elektron poçtumuza göndərdi. Düzdür əvvəlki məlumatın mınbəyi teref.az olmasada Samirə xanımın xahişini nəzərə alaraq məlumatımızı portalımızın səhifəsində yerləşdirirk!
Hörmətli redaksiya,

Bir neçə gündür mətbuatda “Yeni Həyat” MMC-nin müflis elan edilməsi ilə bağlı yayılmış xəbərlərə dair “Yeni Hayat Şirkətlər Qrupu” MMC-nin rəsmi açıqlaması:

Bildirmək istərdik ki, Yeni Həyat Şirkətlər Qrupunun idarə etməsində bir neçə şirkət vardır. Bunlar Grand Hayat MTK – Bakı şəhəri Tbilisi prospekti 1034 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, Hayat Palace MTK - Bakı şəhəri İzmir küçəsi 9 ünvanında yerləşən yaşayış kompleksinin inşasını həyata keçirir, Park Azure MTK - Bakı şəhəri A. Cəlilov küçəsində yerləşən yaşayış kompleksinin inşasını tamamlayaraq istismara vermişdir, Megafun AVM - Bakı şəhəri Nobel prospekti 15 ünvanında yerləşən alış-veriş və əyləncə mərkəzi, komplekslərə xidmək göstərən Hayat Management MMC-dir.

Müflis elan edilməsi barədə xəbər yayılmış Yeni Həyat MMC Zərifə Əliyeva 55 (binanın görüntüsü əlavə olunur) ünvanında yerləşən yaşayış binasının inşasını həyata keçirərək istismara təhvil vermişdir və 2015-ci il tarixindən etibarən rəsmi olaraq fəaliyyəti dayandırılmışdır (fəaliyyətin dayandırılması haqqında haqqında arayış əlavə olunur) və binaya xidmətin göstərilməsi üçün Hayat Management MMC-yə təhvil verilmişdir.

Bunları nəzərə alaraq səhifənizdə Yeni Həyat Şirkətlər Qrupunun müflis olması haqqında yerləşdirilən yalnış məlumatın qısa müddət ərzində təqdim etdiyimiz düzgün məlumatlarla dəyişdirilməsini xahiş edirik.
Hörmətlə,
Samirə Əliyeva














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.