8-ci sinif “Qarabağ tarixi” kitabı pul ilə satılmalıdırmı?!

7-11-2017, 12:22           
8-ci sinif “Qarabağ tarixi” kitabı pul ilə satılmalıdırmı?!
Bu gün məktəb ləvazimatı mağazalarında 8-ci sinif “Qarabağ tarixi” kitabı 5.50 AZN-ə satılır. Kitabın alıcısı olan orta məktəb şagirdlərinə isə oxuduqları orta məktəblərdən məsləhət bilinir ki, bu kitablar alınsın. Daha doğrusu, dərs vəsaiti kimi tədris olunan “Qarabağ tarixi” kitabı zərurətdən aldırılır.

Məlum olduğu kimi, ərazilərimizin 20%-i işğal altındadır, 1 milyona yaxın soydaşlarımız qaçqın, köçkün vəziyyətinə düşüb, sözdə atəşkəs rejimi olsa da, əslində müharibə vəziyyətindəyik. Eyni zamanda, informasiya müharibəsi, təbliğat savaşı gündən-genə qızışır. Elə buna görə də, bu gün yetişən yeni nəslin vətənpərvərlik ruhunda böyüməsi çox vacibdir. Belə bir şəraitdə Qarabağın tarixinə dair dərs vəsaitinin pulla satılması acı təəssüf doğurur. Axı,o kitabları almağa bir çoxlarının maddi imkanı yoxdur. Başqa bir dərsliyin pulla satılmasını bəlkə də anlayışla qarşılamaq olardı. Qarabağla bağlı kitabdan qazanc güdmək istəyini isə ağıla gətirmək təəssüf doğurur.

Faktinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru