Ölkədə fındıq bağlarının sahəsi 55 min hektara çatıb

11-01-2018, 08:57           
Ölkədə fındıq bağlarının sahəsi 55 min hektara çatıb
"Azərbaycanda ötən il 18 min hektarda fındıq bağları salınıb. Beləliklə, fındıq bağlarının sahəsi 55 min hektara çatıb və bizim hədəfimiz 80 min hektara çatdırmaqdır".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

"Fındıqçılıq kənd təsərrüfatının inkişafı və ixrac imkanlarımızın genişləndirilməsi üçün önəmli yer tutacaq. Bu gün ixrac edilən kənd təsərrüfatı məhsulları arasında fındıqçılıq ikinci yerdədir. Fermerlər bu məhsulun ixracından 100 milyon dollardan çox vəsait əldə ediblər", - deyə Prezident əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.