SOS!!Bakının bu ərazisində təhlükə artdı - Tektonik qırılma xətti genişləndi

11-01-2018, 15:09           
SOS!!Bakının bu ərazisində təhlükə artdı - Tektonik qırılma xətti genişləndi
Yeni Günəşli qəsəbəsində, Günəşli yaylası "Döngə 1" və "Döngə 2" ünvanlarını kəsib keçən tektonik qırılma xəttinin, yer qatında olan çatların genişlənməsi müşahidə edilir.
AZXEBER.COM xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Dəstə rəisinin sözlərinə görə, buna səbəb texnogen və təbii amillər olub: "Yeni Günəşlidə qəsəbəsində, Günəşli yaylası "Döngə 1" və "Döngə 2" ünvanlarından tektonik qırılma xətti keçir. Tektonik qırılma xətti Zığ qəsəbəsinin üst hissəsindən Qum adası istiqamətində uzanır. Hazırda tektonik qırılma xəttinin, yer qatında olan çatların genişlənməsi müşahidə olunur. Bu isə yol infrastrukturuna, ətrafdakı tikililərə mənfi təsir göstərir".

R.Həsənov qeyd edib ki, yağışların təsirindən prosesin dinamikasında aktivlik proqnozlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru