“Fiat Chrysler” 160 mindən çox avtomobili geri çağırır 13-01-2018, 08:56 “Fiat Chrysler Automobiles” şirkəti ABŞ-da 162 mindən çox avtomobili geri çağırmaq niyyətindədir.Trend-in məlumatına görə, qərar avtomobillərin mühərrikində qeydə alınan qüsurlarla əlaqədardır.Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2017-ci ildə buraxılmış “Chrysler Pacifica” mini-ven tipli modelinə şamil olunur.Bildirilir ki, qeri-çağırma kampaniyası avtomobilin hibrid benzin-elektrik versiyasını əhatə etməyəcək. Facebook-da paylaş