Bağlanan bankların dövlətə də borcu varmış: SİYAHI+RƏQƏMLƏR
13-01-2018, 21:12

Azərbaycanda bağlanan bankların yalnız əmanətçilərə və sahibkarlara deyil, həm də dövlət büdcəsinə xeyli borcu var. FED.az xəbər verir ki, borcun həcminə görə, siyahıda “Texnikabank” liderlik edir.
Ümumilikdə, hazırda ölkəmizdə 16 bank ləğvetmə prosesindədir. Bu bankların ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondu (ADİF) çıxış edir. Hazırda ADİF ilk növbədə fərdi şəxslərin, sonra VÖEN hesabı üzrə müəssisələrə olan borcları qaytarmağa çalışır. Lisenziyası ləğv edilənlərin dövlət büdcəsinə borcları isə hələki gözləmə mərhələsindədir. Kimin nə qədər borcu var? Bu suala rəsmi və dəqiq məlumat almaq üçün vergi üzrə ekspert Vəli Əliyevin köməyilə Vergilər Nazirliyinin Məlumatların Açıqlanması sistemindən istifadə etdik. Əldə etdiyimiz “borc rəqəmləri” aşağıdakı kimidir:
Bankın adı Bankın dövlət büdcəsinə olan borcu (manatla) Bankın mövcud vəziyyəti
Texnikabank 2 milyon 877 min 179 Ləğvetmədədir
Bank Standard 2 milyon 373 min 639 Ləğvetmədədir
Dəmirbank 0 Ləğvetmədədir
Zaminbank 16 min 184 Ləğvetmədədir
Atrabank 0 Ləğvetmədədir
Parabank 0 Ləğvetmədədir
Qafqaz İnkişaf Bankı 0 Ləğvetmədədir
Bank of Azərbaıjan 0 Ləğvetmədədir
Dekabank 0 Ləğvetmədədir
Birlikbank 0 Ləğvetmədədir
Evrobank 5 min 418 Ləğvetmədədir
Gəncəbank 0 Ləğvetmədədir
Kredobank 70 min 111 Ləğvetmədədir
Royalbank 3 min 172 Ləğvetmədədir
United-Kredit Bank 119 min 150 Ləğvetmədədir
Azərbaycan Kredit Bankı 0 Ləğvetmədədir
İlhamə Abdullayeva