Barmaqlarınızda bu cür dəyişiklik varsa dərhal həkimə gedin

18-01-2018, 01:16           

Bu simptomu özündə və yaxınlarda gördükdə, dərhal həkimə müraciət edin

Dırnaqların qalınlaşması, yumru və qabarıq olması tibdə çox təhlükəli simptom sayılır.
Buna həmçinin Hippokrat barmaqları sindromu deyilir.

Əvvəl barmaqlarda olan dəyişikliklər gözə çarpmır, lakin vaxt keçdikcə barmaqlar baraban çubuqlarına, dırnaqlar isə saat şüşəsinə oxşamağa başlayır. Bu dəyişiklik həm əl, həm də ayaq barmaqlarında meydana çıxa bilər.

TEREF.İNFO saglamolun.az-a istinadən xəbər verir ki, hippokrat barmaqları sindromu bu kimi xəstəliklərin simptomu ola bilər:

nəfəsalma sistemi xəstəlikləri (fibroz, ağciyər xərçəngi)
ürək xəstəlikləri (endokardit, ürək qüsurları)
qaraciyər xəstəlikləri (xüsusilə qaraciyər sirrozu)
Kron xəstəliyi
tolsiki zob,
mukovissidoz və s.
Bu səbəbdən bu simptomu özündə və yaxınlarda gördükdə, dərhal həkimə müraciət edin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru