Hansı qadının ovcunda qara nöqtə gördünüzsə, dərhal polisə xəbər verin! Səbəb...Bunu hamı bilməlidir

18-01-2018, 01:16           

Beynəlxalq Səhiyyə Təşkilatının statistik məlumatlarına görə, dünyada hər 3 qadından biri məişət zorakılığına məruz qalır.
Çox vaxt bu zorakılıq yaxınlardan və əsasən də hüquq-mühafizə orqanlarından gizlədilir. İrlandiyalı fəallar isə bu məqsədlə "Qara nöqtə” adlı ("The black dot”) yeni maraqlı aksiyaya başlayıblar.

Belə ki, zorakılığa məruz qalan qadınlara ovuclarının içinə qara nöqtə çəkmək məsləhət görülür. Bu isə ətrafdakılar üçün "SOS” siqnalı mənasına gəlir.

Artıq bununla bağlı ilk təcrübə də gerçəkləşdirilib. Böyük Britaniyalı Jaklin Pavliçek ovcunda qara nöqtə çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb və bir neçə saat sonra polis həmin qadının əri ilə bağlı tədbir görüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru