Ağalarovların Bakı malikanəsində yay əyləncəsi: 150 quzu yeyildi - FOTO

12-07-2016, 20:16           
Ağalarovların Bakı malikanəsində yay əyləncəsi: 150 quzu yeyildi - FOTO
Ötən həftə sonu Bakıda Rusiya şou-biznesinin bir sıra ulduzlarının iştirakı ilə “Jara” (“Qızmar”) musiqi festivalı keçirilib. Festivalın təşkilatçısı azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov idi. Elə festival da Ağalarovların Xəzər sahilində yerləşən dəbdəbəli “Sea Breeze” otel-malikanəsində keçirilib.

Festival Rusiya mediasında böyük rezonans doğurub və günlərdir bu ölkənin maqazin mediası həmin tədbirdən yazır. Virtualaz.org xəbər verir ki, life.ru festivalın təşkilati işlərinə dair maraqlı detalları yayıb. Bildirilir ki, bu musiqi festivalı Bakı sakinlərinin yaddaşlarında uzun müddət qalacaq. Yüzlərlə elit avtomobillərdən ibarət kortejlər, bahalı şampan şərabları, bir ucdan kəsilən qoyunların kababları...

Bu musiqi hadisəsi təşkilatçılara 2.5 milyon avroya başa gəlib və “Eurovision” mahnı yarışmasının Bakıda keçirilən açılış mərasimini öz büdcəsinə görə kölgədə qoyub. Festivalda iştirak edən şou-biznes əhlini Bakıya gətirmək üçün xüsusi olaraq Moskvadan 500 yerlik çarter reysləri təşkil olunub. Burada iştirakçıları milli rəqslərlə qarsalayıblar. Estrada ulduzları və onların personalı üçün “Jumeirah Bilgah Beach Hotel”-də dəniz mənzərəli 100 lüks nömrə bronlanıb.

Daha 190 nömrə isə təşkilati heyət və jurnalistlər üçün “Boulevard Authograph Collection” spa-kompleksində ayrılıb. Bakı festivalında iştirak etmək üçün artistlərdən bir çoxu qastrol turlarını təxirə salıblar. Festivalın açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AZAL prezidenti Cahangir Əsgərov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.