"Efirdə eşidəndə şok oldum" - Könül Kərimova
13-07-2016, 14:19
Müğənni Könül Kərimova evini satması ilə bağlı məlumata münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, sənətçi ATV-də yayımlanan “10-dan sonra” verilişində deyilən bu xəbərin yalan olduğunu açıqlayıb.
K.Kərimova "Star life" verilişində hazırda qaldığı villasını heç vaxt satmayacağını söyləyib:
“Efirdə eşidəndə şok oldum. Çox yanlış xəbər idi. Anons efirdə gedən an təəccübləndim. Allah eləməsin. Başqa yerdə yaşayaram, amma o evi heç vaxt satmaram. Gecənin yarısı şirin yuxuda olanda, cavanlar avtoşluq edir, mənim mahnımla o yana, bu yana gedirlər. Bu sevgi yox, hörmətsizlikdir. Zarafatla demişəm ki, deyəsən, buradan köçəcəm. O cür təqdim etdilər. Ev satmağı sevmirəm”.
İstirahətə hazırlaşan K.Kərimova konsert verəcəyini deyib:
“Məni kim görürsə, deyir yorğunsan. İstirahət o demək deyil ki, xaricə gedəsən. Burada da dincəlməyə gözəl yerlərimiz var. Ailəmlə birlikdə istirahətə gedəcəm. Sevənlərin istəyini damcı-damcı yığmışıq. Hərdən adama çox diqqət göstərilməsi yorğunluq gətirir. Ona görə də gözdən uzaq bir yerə getməyi düşünürəm.
İstirahətdən sonra maraqlı layihələrim var. Çoxdandır konsert verə bilmirəm. Bu il mütləq etmək istəyirəm. Hesabat konserti verəcəm.
Hikmət Aslanovla duetimiz hazırdır. Çoxdan planlaşdırırdıq, mənim ucbatımdan yubandı. Hikmət məndən küsmüşdü, indi barışdıq".