Məşhur azərbaycanlı aktrisa tənqidlərə dözməyib, "İnstagram"nı bağladı - SƏBƏB?

13-07-2016, 16:51           

Nesrin Cavadzadə "İnstagram" hesabını bağlayıb

Bir neçə gün öncə Amerikada polislərlə şəkil çəkdirən azərbaycanlı aktrisanın fotosu olduqca böyük səs-küyə səbəb olub.

Hazırda "Kördüğüm" serialında çəkilən aktrisa fotonu ABŞ-da irqçilikdə ittiham olunan polislərə dəstək üçün paylaşmışdı. Lakin bu foto türk fanatlar tərəfindən birmənalı qarşılanmayıb.

Türk fanatlar Nesrinə "Türk polisini tənqid et, amma irqçi amerikan polisi ilə qucaqlaş" kimi şərhlər ünvanlayıb.

Bu sözlərdən əsəbiləşən aktrisa "Dərin deyilsən. İntellektual deyilsən. Sənətçi deyilsən. Tənqidçi deyilsən. Şair deyilsən. Sadəcə internetə daxil ola bilirsən, bu qədər! Aid olduğunuz yerdə qalın, yəni mənim fotolarımın altında..." yazaraq ünvanına laqeyid ifadələr işlədənlərin cavabını verib.

Ard-arası kəsilməyən tənqidlərdən sonra aktrisa çarəni "İnstagram" hesabını bağlamaqda görüb.

Qeyd edək ki, bundan öncə də Nəsrin Cavadzadə "Polislər evimi basana qədər səni sevəcəyəm" cümləsinə görə tənqid olunmuşdu. Nəsrin isə buna görə, "vətən xaini" adlandırılmasının gülünc və mənasız olduğunu söyləmişdi.

Qaynarinfo.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru