"Mən o mərhələni 18 yaşımda keçdim"

14-07-2016, 14:13           
"Mən o mərhələni 18 yaşımda keçdim"
Müğənni İlhamə Qasımova verilişlərə gedərkən saç düzümünü və makiyajını özünün etdiyini deyib.

Axşam.az-ın məlumatına görə, sənətçi “5/5” verilişində salona getməyi sevmədiyini bildirib:

“Saçımı da, geyimimi də özüm edirəm. Mən “ulduzam, fərqlənim” etmirəm. Ancaq klip çəkdirəndə salona üz tuturam. Bunlar boş şeylərdir. Mən o mərhələni 18 yaşımda keçdim. İnsanın dünyada qoruya biləcəyi başqa amillər var. Səliqəli, normal olmalıdır vəssalam”.

İ.Qasımova sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən söz açıb:

"Mənim hövsələm yoxdur bu cür yazılanlarla məşğul olum. Allah hər kəsi bir formada yaradıb. Kiməsə irad tutmaq günahdır. Mənim həyatım özümə məxsusdur. "Öz gözündə tir görməyib, başqasının gözündə tir axtaran"larımız 90 faizdir. Kiməsə irad deyəndə, dönüb özünüzə baxın".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru