Xalq artistindən nazirliyə ittiham: - "Bir qəpik də verməyəcəyəm"

15-07-2016, 13:39           
Xalq artistindən nazirliyə ittiham: - "Bir qəpik də verməyəcəyəm"
Xəbər verdiyimiz kimi, ötən ay Vergilər Nazirliyi vergi ödəməyən müğənnilərin siyahısını açıqlayıb.

Adı borclular siyahısında olan tanınmışlardan biri də xalq artisti Gülyanaq Məmmədovadır. O, saytımıza açıqlamasında Vergilər Nazirliyini ittiham edərək, indiyədək vergi borcunu ödədiyini, dövlətə borclu olmadığını demişdi.

Üstündən bir ay vaxt keçsə də, xalq artisti hələ də vergi borcunu ödəməyib.

Dia.az bildirir ki, G.Məmmədova azvision.az-a açıqlamasında ona yazılan 5200 manat borcu imkansızlıqdan ödəyə bilmədiyini deyib.

"Qanuni vergi borcum nədirsə, onu ödəyirəm. Yazılan 5200 manata gəldikdə isə onu ödəmək imkanım yoxdur. VÖEN-im nə vaxtdan aktivdirsə, o vaxtdan ödəyirəm. 5200 manatı isə ödəmək niyyətində deyiləm. Deyilənə görə, üstünə faiz gəlir. Buna baxmayaraq, heç maraqlanmıram da. Mənə ən çox təsir edən adımın vergidən boyun qaçıran müğənni kimi siyahıya salınmasıdır. Mən boyun qaçırmamışam axı. Bu ayın 20-də 3 aylıq vergi borcumu ödəyəcəyəm. 5200 manata gəldikdə isə bir qəpik də vermək fikrim yoxdur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.