"İstanbuldakı hadisələrin canlı şahidi oldum..." - Aqil M.Quliyev
16-07-2016, 18:58
İstanbulda olan rejissor Aqil M.Quliyev gecə saatlarında Türkiyədə bir qrup hərbçinin həyata keçirdiyi dövlət çevrilişinə cəhd zamanı baş verən hadisələrlə bağlı təəssüratlarını bölüşüb.
Axşam.az-ın məlumatına görə, hadisələrin canlı şahidi olduğunu vurğulayan rejissor sosial şəbəkədə bunları yazıb:
"161 şəhid, 1440 yaralı... Bu cür statusları çox nadir hallarda bölüşürəm. Bu qanlı faciənin canlı şahidi olmasaydım, bu hadisələr İstanbulda bizim gözümüzün önündə baş verməsəydi, mən də sizin çoxunuz kimi inanmsız rəylər yazıb, özümə təsəlli verərdim. Böyük mərd xalqdır.
Tankların, ordunun qabağına dövlət başçısının çağırışından sonra dərhal silahsız çıxan Türkiyə vətəndaşları yalnız hörmət və heyrət doğura bilər. Başın var olsun Türkiyə".
Qeyd edək ki, son məlumatla görə, baş verənlər zamanı ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.