Xalq artisti ailəsini də götürüb BAKIDAN GETDİ: “Buna məcbur oldum”

18-07-2016, 16:58           

Xalq artisti, ustad xanəndə Arif Babayev dincəlmək üçün Qaxı seçib.

Publika.az-a açıqlama verən sənətkar yayın sonuna qədər orada qalacağını deyib: “Ağdamdan qaçqın düşəndən sonra çox əziyyət çəkdim. Axı hər yay o gözəl yerlərdə gedib dincəlirdim. Qaçqın düşdükdən sonra arayıb-axtardım, Azərbaycanın mənzərəli bölgəsi olan Qaxda özümə bir ev tikdirdim. Sən deyən villa-zad deyil, xudmani bir evdir. Villam Ağdamda qaldı. Düzdür, Ağdamdakı evimin yerini verə bilməz, amma buna məcbur oldum. Ağdam mənim üçün ayrı bir aləm olsa da, elə Qax da gözəldir. Səhərlər dururam, havasını uduram, çiçəklərini qoxulayıram. Arvad-uşağı da özümlə aparmışam, samovar çayından dəmləyib verirlər. Yayın sonuna qədər burdayıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru