Vahid Mustafayev və Mirşahin Ağayev ANS-in həyətində olsalar da binaya buraxılmırlar — SON DƏQİQƏ

19-07-2016, 13:49           

“ANS” Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və “ANS” Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayevin izahatları alındıqdan sonra sərbəst buraxılıblar.

Bu barədə Ölkə.Az saytına məlumat daxil olub. Məlumatda qeyd edilir ki, hər iki şəxs Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində izahat verdikdən sonra sərbəst buraxılıblar. Onlar hal hazırda telekanalın həyətində olsalar da telekanalın binasına daxil ola bilmirlər.

Xatırladaq ki, ötən gün axşam saatlarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə televiziyanın server və texniki otaqları möhürlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru