Məşhur müğənniyə qadağa qoyuldu - Pis davranışlarına görə

21-07-2017, 22:56           
Məşhur müğənniyə qadağa qoyuldu - Pis davranışlarına görə
Çin rəsmiləri kanadalı müğənni Castin Biberin ölkədə konsert verməsinə qarşı qadağa qoyub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin Mədəniyyət İdarəsi Biberi ictimaiyyət arasında xoş qarşılanmayan pis davranışlara yol verməkdə təqsirləndirib. Ona qarşı tədbiq olunan qadağanın səbəbi də məhz budur.

Castin Biber bu ilin sonunda dünya turu çərçivəsində Çində konsert verməyi planlaşdırırdı.

Biberin 2014-cü ildə Yaponiyada İkinci Dünya Müharibəsi təqsirkarlarının şərəfinə ucaldılan Yasukuni Məbədini ziyarət etməsi sərt etirazlara səbəb olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru