“YouTube” bu funksiyanı dayandıracaq

25-07-2017, 00:15           

“YouTube” servisində sentyabrın 20-dən etibarən video redaktor bölməsi və slayd şouların yaradılması üçün funksiyanın fəaliyyəti dayandırılacaq.

AFN ICTnews-a istinadən xəbər verir ki, buna səbəb kimi onlardan istifadənin az olması göstərilir.

Tamamlanmamış layihələrin itməməsi üçün “YouTube” onları qeyd olunan dəyişikliklər qüvvəyə minməmişdən əvvəl çap etməyi tövsiyə edir. Dəyişikliklər yüklənilmiş videoçarxlara şamil edilməyəcək.

Məlumata görə, video menecerində videoların redaktəsi və onlara effektlərin əlavə olunması davam edəcək.

Yeni videoda çarx materialından istifadə üçün onu 720p piksel təsvir ölçüsündə “Google” arxivçisindən və ya “YouTube” saytından yükləmək mümkündür.

Dəyişikliklər barədə ətraflı məlumatı servisin sorğu mərkəzindən əldə etmək olar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru