Tanınmış aktrisamız komaya düşdü

25-07-2017, 00:05           

Türkiyədə yaşayan həmyerlimiz, tanınmış aktrisa Tunay Əliyeva xəstəxanalıq olub.

Yenicag.az-a açıqlama verən aktrisa qardaş ölkədə ölümlə üz-üzə qaldığını deyib:

"3 ay idi ki, vegeterian həyat tərzi keçirirdim, pəhriz saxlayırdım. Qanım aşağı düşdü və qəfildən ürəyim getdi. Məni təcili yardım maşını ilə xəstəxanaya apardılar. 3 gün komada qaldım, hətta biranlıq ürəyim dayanıbmış. Həkimlər elektroşok tətbiq edəndən sonra Allah məni yenidən həyata qaytardı. Ölsəydim, bu gün "yeddi”mi verirdilər. Hələ də halsızam, dava-dərman qəbul edirəm. Bir müddət müalicə olunmalıyam”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru