"Reina" terroru ilə bağlı yeni detal - qatil 39 nəfəri 150 min dollara görə öldürüb

16-01-2017, 13:46           
"Reina" terroru ilə bağlı yeni detal - qatil 39 nəfəri 150 min dollara görə öldürüb
İstanbuldakı "Reina" klubunda 39 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı yeni məlumatlar əldə edilib.

Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, polislər teraktla bağlı yeni əməliyyat keçiriblər. Yanvarın 5-də Silivirdə terrorçuya aid olduğu məlum olan evdə 150 min dollar pul aşkar edilib. Qatilin bu pulları törədəcəyi terror akrına qarşılıq olaraq aldığı polislər tərəfindən aşkar edilib.

Terrorçunun yanvarın 2-də saxlanılan şəxslərdən birinə olduğu yeri mesajla yazdığı da məlum olub. Lakin polislər həmin ünvanda da terrorçunu tapa bilməyib. Başqa bir ünvanda isə (Pendik Abdi İpekçi küçəsi) terrorçunun həyat yoldaşı və yanında başqa 2 qadın və 2 uşaq saxlanılıb.

Qatilin terror aktı törətdikdən sonra hüquq-mühafizə orqanlarının operativ davranması üzündən pulun saxlandığı yerə gələ bilmədiyi qeyd olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.