Türkiyədə 2 partlayış: 1 ölü, 12 yaralı - VİDEO

16-01-2017, 20:09           
Türkiyədə 2 partlayış: 1 ölü, 12 yaralı - VİDEO
Türkiyənin cənub-şərqində yerləşən Diyarbəkir şəhərində partlayış baş verib.

Trend-in NTV telekanalına istinadən verdiyi məlumata görə, 1 polis əməkdaşı həlak olub, 7 nəfər yaralanıb.

Partlayış Dəclə Universitetinin binasının yerləşdiyi rayonda baş verib.

Terror aktı olduğu bildirilən partlayışın səbəbləri hələlik məlum deyil.

Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb ediliblər.

Bundan başqa, PKK terror təşkiları tərəfindən Şırnak şəhərinin Dəclə məhəlləsində kanalizasiya xəttindən yerləşdirilən əldəqayırma partlayıcı qurğu işə düşüb.

Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru