Ankara ilə Vaşinqton arasında gərginliyi pik həddə çatdıracaq olay – ABŞ-da PKK-nın Suriya qolu PYD-nin nümayəndəliyi açılır

17-01-2017, 20:56           
Ankara ilə Vaşinqton arasında gərginliyi pik həddə çatdıracaq olay – ABŞ-da PKK-nın Suriya qolu PYD-nin nümayəndəliyi açılır
PKK-nın Suriya qolu PYD-nin ABŞ-ın paytaxtı Vaşinqtonda nümayəndəliyi açılır.
Avropa.info xəbər verir ki, bu haqda xarici KİV-ə açıqlamasında PYD təmsilçisi İlhan Əhməd məlumat verib. Əhməd ABŞ-da nümayəndəliyin açılması üçün işlərin davam etdiyini deyib.
ABŞ-da olduqlarını bildirən Əhməd nümayəndəliyin açılması üçün işlərin son mərhələyə gəldiyini söyləyib.
“Nümayəndəliyin açılması üçün qəti bir tarix verə bilmərəm. Bu danışıqların bitməsi və işlərin daha tez yekunlaşmasından aslı olacaq.”
ABŞ ilə münasibətlərinin yaxşı olduğunu vurğulayan Əhməd, əlaqələri daha da inkişaf etdirmək üçün, Birləşmiş Ştatlara səfər etdiklərini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.