"Reina" terrorçusu YALVARDI: "Məni öldürməyin" - QATİLİN ETİRAFLARI

19-01-2017, 00:34           
"Reina" terrorçusu YALVARDI: "Məni öldürməyin" - QATİLİN ETİRAFLARI
Yeni il gecəsi İstanbuldakı “Reina” gecə klubunda 39 nəfəri qətlə yetirən və yanvarın 16-na keçən gecə Esenyurtda yaxalanan terrorçu Abdulkadir Maşaripovla bağlı yeni məlumatlar üzə çıxıb.

Lent.az xəbər verir ki, “CNNTürk” Raqqadan təlimat aldığını etiraf edən terrorçunun pulu da həmin qaynaqdan əldə etdiyini yazıb. Qeyd edilib ki, Maşaripovu idarə edən Hoca Akın adlı şəxs İŞİD-in Türkiyə əmiridir və əsl adı İlyasdır. Onlar internetdəki mesajlaşma proqramlarından biri vasitəsi ilə daim əlaqədə olub.

Bildirilir ki, İstanbul polisi əməliyyat keçirərkən terrorçu qaçmaq planı üzərində işləyirmiş. Həmin vaxt digər İŞİD üzvləri Maşaripovu gizli yollarla Türkiyədən çıxarmaq üçün hazırlıq görüblər. Onlar Maşaripovu Raqqaya çatdırmaq istəyiblər.

Məlum olub ki, hadisədən sonra Maşaripov yaş yarımlıq qızı və həyat yoldaşından ayrılıb və 4 yaşlı oğlu ilə gedib. Lakin əməliyyat keçirilən evdə uşaq tapılmayıb. Polis hazırda həmin uşağı axtarır.

O da bildirilir ki, polisin mənzilə basqını zamanı terrorçu onlara yalvararaq “Lütfən, məni öldürməyin” deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.