Türkiyədə universitet binasında uçqun olub: 7 yaralı - Fotolar

19-01-2017, 09:23           
Türkiyədə universitet binasında uçqun olub: 7 yaralı - Fotolar
Türkiyədə universitet binasının bir hissəsi ucub.

Musavat.com-un məlumatına görə, hadisə nəticəsində 7 nəfər yaralanıb. Faciə Antaliyanın Akdeniz Universitetinin tibb korpusunda baş verib. İnşaatı davam edən binanın körpüsünün çökməsi nəticəsində 7 işçi çökən körpünün altında qalıb.

Onların xilas edilməsi üçün hadisə yerinə xilasedicilər cəlb edilib. 6 nəfər xilas edilərək xəstəxanaya çatdırılıb. Bir nəfərin isə ayağına dəmir girdiyi qeyd edilir.

Onun binanın altından çıxarılması üçün işlər davam etdirilir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru