İstanbulda antiterror əməliyyatı:5 nəfər saxlanılıb

19-01-2017, 09:29           

Türkiyə təhlükəsizlik qüvvələri İstanbulun “Okmeydanı”nda DHKP-C (solçu İnqilabi Xalq Azadlıq Ordusu Cəbhəsi) terror qruplaşmasına qarşı birgə əməliyyat keçiriblər.

Bir helikopter və xeyli sayda xüsusi təyinatlının iştirakı ilə keçirilən əməliyyat çərçivəsində 5 nəfər saxlanılıb.

DHKP-C-nin Gənclik Federasiyası Dərnəyinə basqın zamanı polislər dəmir qapını qırmalı olublar.

Axtarış zamanı qruplaşmaya aid xeyli sənəd müsadirə edilib. Şübhəlilər saxlanılaraq əvvəlcə müayinə üçün xəstəxanaya, oradan isə polis idarəsinə aparılıb. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru