Ata evə gec gələn qızının dodaqlarını kəsdi

23-03-2018, 11:42           

Bu zaman ata əlinə meyvə bıçağı alaraq qızını dodağından yaralayıb

Türkiyənin Ədirnə bölgəsində S.D. adlı qızının dodaqları evə gec gəlməsinə hirslənən atası A.D. tərəfindən dodağından bıçaqla kəsilib. Sputnik Azəraycan "Mynet"ə istinadən xəbər verir ki, hadisə Ədirnənin Keşan rayonunda, Cümhuriyyət məhəlləsində baş verib.

S.D.-ı evə gec gəlməsinə əsəbiləşən və onu evdən qovmaq istəyən atası A.D. ilə mübahisəyə başlayıb. Bu zaman ata əlinə meyvə bıçağı alaraq qızını dodağından yaralayıb.

Xəstəxanaya aparılan S.D. atası A.D.dən şikayət edib. Polis tərəfindən yaxalanaraq həbs olunan ata A.D. polisə verdiyi ifadədə evə gec gələn qızını qorxutmaq istədiyini, hadisənin təsadüfən baş verdiyini bildirib. Qızına qəddarcasına davrandığı üçünpeşman olduğunu söyləyib.

A.D. ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru