“Zeytun budağı”nda yeni mərhələ: - YPG Afrindən niyə qaçdı?

23-03-2018, 13:13           
“Zeytun budağı”nda yeni mərhələ: - YPG Afrindən niyə qaçdı?
Türkiyə və ABŞ arasındakı diplomatik təmasların genişlənməsi YPG-PKK terrorçularının Afrindən qaçış prosesini sürətləndirib.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” yazıb.

Məlumata görə, əməliyyatın əsas uğuru onun yalnız müəyyən istiqamətlər üzrə deyil, bütün Afrində aparılması olub. Belə ki, qüvvələrini müxtəlif cəbhələrə bölərək müqavimət göstərməyə məcbur olan terrorçular türk ordusunun ardıcıl zərbələri qarşısında müqavimət göstərə bilməyib. “Zeytun budağı” əməliyyatının uzanmasının səbəbi isə türk ordusunun sivil həssaslığı olub. Hələ TSQ və ASO-nun Afrinə girməsindən 3 gün əvvəl şəhər mərkəzi istiqamətində terrorçu liderlərin toplaşdığı bölgəyə aviazərbələr planlaşdırılsa da, mülki vətəndaşların zərər görməməsi üçün əməliyyat təxirə salınıb.

“Zeytun budağı” əməliyyatında bundan sonra yeni dövr “yavaşlama” başlayacaq. Türkiyənin Menbiç istiqamətində əməliyyat təşkil etməsi məsələsi isə ABŞ-ın yeni dövlət katibi ilə təmaslar qurulduqdan sonra müzakirə mövzusu olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru