Şəhərin mərkəzindəki kitabxana niyə bağlanıb?

4-01-2019, 13:31           
Şəhərin mərkəzindəki kitabxana niyə bağlanıb?
Bakı şəhəri, Səbail rayonu , İ.Səfərli küç, 13 ünvanında yerləşən M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının 1 saylı filialı fəaliyyətini dayandırıb.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İnformasiya və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Pərvanə Muradzadə BakuPost-a açıqlamasında deyib ki, kitabxana təmirə dayandırılıb: "Kitabxanada su sızmaları, nəm olduğu üçün təmir işlərinin aparılmasına qərar verilib”.

P. Muradzadə bildirib ki, təmirlə əlaqədar kitabxanadakı kitabların bir qismi Xətai rayonu, Gəncə pr., 453 M.Ə.Sabir adına şəhər kütləvi kitabxanaya daşınıb.

Təmir işlərinə gələn həftədən başlanacaq. İşlər yekunlaşandan sonra kitabxana fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının 1 saylı filialının bağlandığı, kitabxananın yerindən biznes məqsədi ilə istifadə ediləcəyi barədə məlumatlar yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru