“Xruşşovka”ların bazarı bağlandı: kirayələr isə... - Ekspert

5-05-2019, 09:05           
“Xruşşovka”ların bazarı bağlandı: kirayələr isə... - Ekspert
Mayın 15-dən sonra kirayə mənzil bazarında ucuzlaşma müşahidə ediləcək.

Bu sözləri Axar.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Nazim Kəlbəliyev deyib. O bildirib ki, mayın ortasından avqustun ortalarına kimi kirayə mənzil istəyən müştərilər üçün seçim şansı da çox olacaq:

“Kirayə mənzil bazarına hazırda mart ayından bəri tələbat çoxdur. Buna səbəb Novruz bayramı və Formula-1 yarışları münasibətiylə paytaxtımıza gələn turistlərin sayının artması oldu. Yəqin ki, bu canlanma mayın 15-ə kimi davam edəcək. Mayın 15-dən avqustun 10-a kimi kirayə mənzil bazarında müştərilər üçün seçim çox, qiymət isə münasib olacaq. Yeni təhsil ilinin başlaması ilə əlaqədar avqustun 10-dan sonra isə qiymətlərin bahalaşacağı və seçim şansının azalacağı gözlənilir”.

Ekspert mənzil alğı-satqısında da hələlik ciddi bir qiymət dəyişikliyi və canlanma olmadığını bildirib:

“Yeni binalarda, ipotekaya yararlı köhnə, yəni 71-ci ildən sonra tikilmiş binalarda alğı-satqı əməliyyatları hələki normaldır. Lakin sənədsiz və 70-ci ildən əvvəl tikilərin binalarda durğunluq davam edir. Hesab edirəm ki, bu durğunluq növbəti 3 ayda da belə olacaq. Fransız layihəli, “xruşşovka” evlərin isə alğı-satqı prosesi demək olar ki, olmur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.