Əyri qələmlilərin sifarişli yazılarındakı məqsəd hamıya bəllidir.
5-01-2016, 19:09
Bəzi saytlarda İsmayıllı rayon İcra Hakimiyyətinə münasibətdə yenə də şeytan kimi quyruq üstə qalxanlar peyda olub. Yenə də köhnə hamam,köhnə tas. Hakimiyyət hərisləri, mənsəb düşgünləri,iftira,şər,böhtan müəllifləri köhnə havanı çalırlar.”Rayonda iş qurmaq istəyən sahibkarlar diskriminasiyaya məruz qalır, dövlət sifarişləri isə eyni şirkətlərə tapşırılır.”Kiminsə “biznesindən”cəfəng söhbət açılır.
Haqqı danan, obyektivlikdən tamamilə uzaq, ədalətə yad, ara qarışdıran, şərə qulluq edən,sifarişlə yazan həmkarlarımızdan fərqli olaraq mən rayon icra hakimiyyətinin başçısını yaxşı tanıyıram. Dövlət siyasətinə sədaqətlidir,rəhbərliyin sərəncam,tapşırıq və göstərişlərini məsuliyyətlə yerinə yetirir. Fəaliyyəti hallalığa və şəffaflığa əsaslanır. Onun İsmayıllıda və heç bir yerdə biznesi,adi bir köşkü, həyətyanı torpaq sahəsi belə yoxdur.
Sələflərindən fərqli olaraq nə taxıl sahəsi, nə ferması, nə yaylağı, nə qışlağı, nə şadlıq evi, nə də restoranı yoxdur. Onun əsil sərvəti böyük ağlı, dərin düşüncəsi, zəkası, elmlər doktoru səviyyəsində elmi, professor səviyyəsində nəzəri bilikləri, Əməkdar elm xadimi səviyyəsində iqtisadi təfəkkürüdür.Başçı biznesin, iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatı iqtisadiyyatının nəzəriyyəsi və dövlətiniqtisadi siyasətini rayonda həyata keçirilməsi ilə məşğuldur.
İsmayıllı həyatına qara eynəkdən baxanlar bəsirət gözünə müraciət etmək qabiliyyətində olsalar, görərlər ki, sahibkarlığın inkişafı üçün burada heç bir çətinlik, maneə yaranmır və yaradılmır.
Mirdaməd Sadıqov 2013-cü ilin fevral ayında İsmayıllıya rayon icra hakimiyyətinin başçısı vəzifəsinə gəldi. İlk tədbiri də mart ayında sahibkarlığın və ümumiyyətlə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı oldu. Tanınmış iş adamları,yeni düşüncə sahibi olan mühəndislər, ziyalılar, iqtisadi sahədə çalışan elm adamları yeni layihələrin müzakirəsinə dəvət olundular və səmərəli müzakirələr keçirildi. Başçı hamıya müraciətində bildirdi ki, iş qurmaq, özəl müəsissə yaratmaq istəyənlər üçün hər cür şərait yaradılır. Şəffaf və qanuna söykənən münasibətlər əsasında .
Şər-böhtan müəllifləri İsmayıllıya getsinlər və bircə nəfər narazı sahibkarı tapa bilsələr, rayon icra hakimiyyətinin rəhbərliyi iləgörüşdürsünlər. Söhbət 2009-cu ildə və ondan əvvəllki başçılar tərəfindən qanunsuz sökdürülən və kompensasiyası verilməyən obyekt sahiblərindən getmir.
Qeyd etdiyim yazılarda heç bir fakta söykənmədən bəzi tikinti təşkilatları mənimsəmədə günahlandırılır.Əvvəllər bu cür qanunsuzluqlar baş verəndə görəsən bu əyri qələm sahibləri harada idilər? Yerli təşkilatların öz yerində iş görməsi nə vaxtdan qəbahət hesab olunur?
“İsmayıllı Tikinti-27” ASC səyyar mexanikləşdirilmiş dəstə kimi 1970-ci illərin əvvəlindən fəaliyyət göstərir. Çoxsaylı məktəblər, hündürmərtəbəli yaşayış binaları, uşaq bağçaları, şərab zavodları onun icraçılığının nəticəsidir. Səhmdar cəmiyyət kimi fəaliyyətə başlayandan indiyədək bu tikinti təşkilatının İsmayıllıda və Qəbələdə geniş miqyaslı fəaliyyəti olub. Heç bir monitorinq zamanı bu müəssisənin maliyyə pozuntusuna yol verdiyi faktı ortaya çıxmayıb.Səhmdar cəmiyyət kimi ən məhsuldar və keyfiyyətli iş görən tikinti təşkilatıdır.
Şər-böhtan müəllifi yaxşı olar ki, “mafiya” sözünü özünə aid edə, başqasının ünvanına yönəltməyə. “Azəraqrartikinti-ASC”-nin “İsmayıllı Aqrotikinti” filialı da tikinti-abadlıq işlərində fəal iştirak edir. Kimsə onun fəaliyyətindən narazı deyil. Ağsaqqal, təcrübəli inşaatçı-mühəndis bu sahəyə rəhbərlik edir. Fəaliyyəti də şəfaffdır, iftira yazanlara rəğmən halal yolla işləməyi əsas götürür.
Hesabları İsmayıllı banklarında olan tikinti təşkilatları yerli vergi ödəyicisi kimi rayona böyük gəlir gətirir. Su və kanalizasiya şəbəkəsinin yeniləşdirilməsi layihəsi həyata keçirilərkən, İsmayıllı-İvanovka-Hacıhətəmli yolu çəkilərkən rayon büdcəsi çoxlu gəlirdən məhrum oldu. Çünki vergi ödəyicisi kimi həmin podratçı təşkilatlar İsmayıllıda hesab açmağı lazım bilməmişdilər.
Azərbaycan Respublikası Satınalmalarıüzrə Dövlət Agentliyinin saytına girərək istənilən rəqəmi, adı və ünvanı götürüb işləyənlərə ittiham kimi yönəltmək “təcrübəsinə” bəzi saytlar, portallar və informasiya agentliklərində işləyənlər çox yaxşı yiyələniblər. Faktiki durum isə tamamilə başqa şey deyr. Hər bir sifarişçi katirovka və ya tender elan edir, qalib gələn müəssisə də icraçı olur. Tender və katirovkanı keçirən icra hakimiyyəti yox, Satınalmalar üzrə Dövlət Agentliyidir.
Təmənnaya köklənmiş yazılarda adı əsassız olaraq hallandırılan tikinti və təchizat təşkilatları 2013-cü ilə qədər də fəaliyyət göstərib. Ünvanları da əvvəldə olduğu kimidir. Yeni başçı gələndə mövcud müəssisələri ləğv etməli,ünvanını dəyişməli idimi? Sağlam məntiqdən uzaq olan bu düşüncə rayona nə xeyir verərdi?
Dövlətqaçqınkomun İsmayıllı rayonu üzrə aparıcı məsləhətçisi, Laçın rayon İcra Hakimiyyətinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevlə söhbət zamanı tam aydın oldu ki, yazılarda göstərildiyindən fərqli olaraq başqa rayonlardan olan, xüsusilə də qaçqın və məcburi köçkünlərin rayonda hər hansı bir sahə üzrə biznes fəaliyyətinə hər cür şərait yaradılır.Yazılanlar şər-böhtan və yalandır. Bu kimi yanlış fikirlər məcburi köçkünlərə və qaçqınlara qayğıdan yox, nəsə əldə etmək məqsədindən irəli gəlir.”Gəlmə” ifadəsini sifarişlə yazıya gətirənlər yenə də İsmayıllıda narahatlıq yaratmaq fikrini ortaya qoyurlar. Sifarişçilər və icraçılar bilməlidirlər ki, ismayıllılar belələrini əsla qəbul etmirlər.
Gürcüstandan köçüb Ruşan kəndində yaşayan Ədalət Göyüşov tikinti üzrə “Vüsal –A.R” MMC yaradıb. 8 mərtəbəli bir yaşayış binasını tikib, ikisində də inşaat işlərini davam etdirir. Yaşayış binalarının, küçələrin təmirində fəal iştirak edir.Ona digər məsul tikinti işləri də tapşırılır.M.F.Axundov küçəsində sıralanan binalara açıq gözlə baxsalar, həqiqəti dərk edə bilərlər.
Cəbrayıl rayonundan məcburi köçkün düşüb. İsmayıllı şəhərində müvəqqəti məskunlaşmış Mübariz Abdullayev Diyallı bələdiyyəsi ərazisindən torpaq sahəsi götürüb, maldarlıq təsərrüfatı yaradıb. Uzun illərdir ki, qapalı müəssisələri də heyvandarlıq məhsulları ilə o təmin edir.
Ağdamdan məcburi köçkün düşən Aslan Məmmədov şəhər ərazisindəki “AXAR-2011-”MMC adlı yeganə və böyük ticarət mərkəzinin sahibidir.
Ağdamlı Teyyub Abdullayev kənd təsərrüfatı üzrə geniş miqyasda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Yeni iş yerləri açıb, bir neçə nəfəri də oraya cəlb edib.
Qərbi Azərbaycandan qaçqın düşüb Qalagah kəndində yaşayan Valeh Məmmədov taxılçılıq və heyvandarlıq üzrə kiçik müəssisə yaradıb. Məcburi köçkünlər Kəlbənd bələdiyyəsi ərazisində 65 hektarda, Qoşakənd bələdiyyəsi ərazisində 37 hektarda, Qubaxəlilli bələdiyyəsi ərazisində 70 hektarda taxıl əkir, yaxşı məhsul götürür, kompensasiyanı da vaxtında alırlar.
Məcburi köçkünlər sırasından çoxsaylı fiziki şəxslər var ki, torpaq götürüb taxıləkir,mal qara və qoyunçuluq təsərrüfatı yaradırlar. Rayon icra hakimiyyəti də öz növbəsində onlara imkan olan hər cür köməkliyi göstərir.Həmkarlarımı rayonun Pirdinar, Kəlbənd,Kürdmaşı,Qalınçaq,Diyallı, Qoşakənd, Ruşan, Talıstan, Tircan kəndlərinə dəvət edirəm.Deyilən müsbət fikirlərin şahidi olun, ondan sonra da gördüklərinizi yazın. “Etibarlı mənbələr” çoxdan etibarını itirib.Özünüzə güvənin,gözünüzə inanın.
“Gəlmə” sözü Ulu öndərin azərbaycançılıq ideologiyasını məslək və əqidəyə çevirən İsmayıllı əhalisinə kökündən yaddır. Bunu bir qrup gənc və ağsaqalla söhbətdən bir daha yəqin etdim. Dünya Azərbaycanlılarının Həmrəylik gününün bayram edildiyi günlərdə yenə təfriqəyə getmək,insanları “gəlmə” -yerli” qruplarına bölmək mənəviyyatsızlıqdan başqa bir şey deyil.
Tikinti təşkilatlarının rayona gətirdiyi xeyirdən,onların gördüyü abadlıq-quruculuq işlərinin yüksək nəticələrindən yazmışdıq.Buna yenidən qayıtmağa lüzum görmür,yalnız onu demək istəyirəm ki,mənəviyyatı maddiyatın güdazına vermək ziyalıya, qələm sahibinə yaraşan sifət deyil.Düzü,haqqı, ədaləti daşa basmaq istəyənlər qanunun ağır qaya parçaları altında qalıb əzilə bilərlər.
Bir məsələni də qeyd etməyi vacib bilirəm. Hər yerdə olduğu kimi İsmayıllıda da narazı, narahat adamlar var. Həyatda onlar yaxşılığa, yaxşı əməllərə,halal insanlara, düz işləyənlərə öz əyri prizmalarından yanaşır və bu yanaşmanı da maraqları üst üstə düşən KİV işçiləriilə bölüşürlər. Vəsait azlığından bəzən vacib layihələri vaxtında həyata keçirmədikdə narazılıq yaranır.Sosial problemlər zamanında həllini tapmayanda inciklik baş verir. Bu başa düşüləndir. O başa düşülən deyil ki, bölgələrin inkişafı üçün vəsait obyektiv təhlidən sonra, mövcud tələbat öyrənilərək ayrılmır. Layihələr hazırlanır, icra mexanizmi müəyyənləşmir. Qarayaxma yolunu kəsmək üçün aid təşkilatlar bu məsələlərə diqqət yetirməyə borcludurlar.
Hər bir məsul şəxs inkişafda öz yerini dəqiqliyi ilə müəyyənləşdirməlidir
Ələkbər- teref.az
İsmayıllı -Bakı