PANDEMİYA MÜƏMMALARI

4-06-2021, 12:48           
PANDEMİYA MÜƏMMALARI
ABŞ-ın baş imnnfeksionisti Entoni Fauçi pandemiyaya səbəb olan 9 nəfərin, o cümlədən Uxan labaratoriyasının 3 əməkdaşlnın tibbi müayinəsi ilə bağlı məlumatları açıqlamasını tələb edib.

Fauçinin fikirincə Uxan labaratoriyasının üç əməkdaşının və 2012-ci ildə yarasalar olan şaxtada işləyən altı nəfərin xəstəliyi ilə bağlı məlumatlar COVİD-19-un yaranma səbəbləri ona qarşı mübarizə aparmağa kömək edə bilər. Alimlər həmin şaxtada olub və yarasalardan nümunələr götürüblər. Hhəmin vaxt şaxtada xəstəliyə düçür olan altı nəfərdən üçü dünyasını dəyişmişdi.

"Mən 2019-cu ildə labaratoriyada çalışan, kokronavirus aşkarlanan üç əməkdaşın xəstəlik tarixcəsinə baxmaq istəyirəm. Əgər onlar doğrudan da bu virusa yoluxublarsa, xəstəlik əlamətləri barədə məlumat əldə etmək istəyirəm"- deyə Fauçi bildirib.

İnfeksionist həmçinin 10 il bundan əvvəl xəstələnən şaxtaçılarında tibbi tarixçəsinə baxmaq istəyir. Fauçinin sözlərinə mümkündür ki, görə Sars-Cov-2 virusu bu şaxtada əmələ gəlib və ya təbii yolla, ya da labaratoriya yolu ilə dünyaya yayılıb.

Son vaxtlar pandemiyaya səbəb olan virusun labaratoriyada yaradılması faktı geniş müzakirə olunur. Ağ Evin yaydığı relizdə koronavirusun labaratoriyadan yayılması faktı istisna edilmir. Times qəzeti məlumat verir ki, Britaniya kəşviyyatı SARS-COV-2 koronavirusunun labaratoriyadan sızma nəticəsində yayılmasını istisna etmir.

Bu məlumatlara şəhr verən Çin xarici işlər nazirliyin rəsmi nümayəndəsi Van Venbin bəyan edib ki, COVİD-19-un meydana gəlməsi səbəbləri ilə xüsusi xidmətlər deyil, alimlər məşğul olmalıdırlar.

ABŞ-la birlikdə daha 13 ölkə birgəə bəyanatla çıxış edərək ÜST-dən COVİD-19 -la bağlı müstəqil, açıq məlumat verilməsini tələb edirlər. ÜST isə məxviliyi saxlamaqda davam edir.


Rüstəm Hacıyev












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.