ƏSƏD, MÜHARİBƏNİN ƏSAS QALİBİNƏ ÇEVRİLİR! – “Suriyada müharibə: bəs sonra?”

26-09-2016, 23:23           

Suriyada atəşkəsin pozulmasından və döyüşlərin yenidən başlanmasından sonra, arıq tamamilə aydındır ki, əgər yeni atəşkəs əldə etmək mümkün olarsa, onda həmin atəşkəs uzun çəkməyəcək. Belə görünür ki, beynəlxalq hərbi-maliyyə dəstəyi imkan verir ki, döyüşən tərəflər ölənə qədər mücadilə etməkdə qərarlı olsunlar. Axırıncı suriyalıya kimi.

Bunlarla yanaşı, ümid etməyə əsas var ki, atəşkəsin pozulmasından sonra, Barak Obama administrasiyası, bütün dünyanın çoxdandır ki, anladığı kimi, nəhayət ki, Suriya müharibəsinin siyasi həlli yolunun olmadığını və bundan sonra da olmayacağını anlayacaq. Ölkədəki münaqişə, yalınız döyüş meydanında həll ediləcək. Nə zaman ki, tərəflərdən biri qələbə çalaraq, ikinci tərəfi məhv edəcəksə, bu məsələ həllini tapacaq.

Döyüşlərin getdiyi altı il ərzində “boşboğazlıq üzrə mütəxəssislər”güman edirdilər ki, Əsəd yıxılacaq. Hər dəfə Suriya diktatorunun sonunun yaxın olması güman edildiyi bir vaxtda, kəskin dönüşlər baş verib və Bəşər Əsəd öz kürsüsündə oturmaq üçün əlavə şanslar qazanıb.

Bəli, Suriya rejimi altı illik müharibədən sonra tükənib. Suriyanın müxtəlif yerlərində döyüşlər aparmaq üçün onun az əsgəri qalıb. Müqavimət qüvvələri isə əksinə, fəaliyyətdə olduqları rayonlardakı dinc əhalidən dəstək görür. Onlar həlledici qələbə əldə etməsələr də, çəyirtkə kimi ard-ardına hökumət qoşunlarına qarşı hücum təşkil edirək, onlara yeni zərbələr vururlar.

Lakin eyni zamanda müqavimət qüvvələri və onları müdafiə edən əhali də tükənib. Müxalifətin dəfələrlə öz qüvvələrini birləşdirərək siyasi və hərbi rəhbər seçmək cəhdləri uğursuzluqla nəticəlnib. Həm də ki, islam radikallaşması prosesi Suriyanın həm daxilindəkiləri, həm də onun hüdudlarından kənardakıları müqavimət qüvvələrini dəstəkləməkdən qaçırır. Onu da başa düşmək lazımdır ki, Suriyadakı müharibədə sayları onlarla və yüzlərlə ölçülən kiçik dəstələr bir-biri ilə əlaqəsi olmadan döyüşlər aparırlar. Adətən belə döyüşlərdə bir neçə yüz müqavimətçi, hökumətin bir neçə yüz əsgərinə qarşı vuruşur. Ona görə də, bir neçə Rusiya təyyarəsi və ya yüzlərcə İran əsgəri kifayət edər ki, döyüşlərin müqəddəratını Ədədin xeyrinə həll etsin.

Suriyanın gələcəyi barəsində söylənənlərin hamısı puça çıxıb və yəqin ki, irəlidə də belə olacaq. Amma buna baxmayaraq, İran və Rusiyanın Bəşər Əsəd hakimiyyətini saxlamaqda qərarlı olmasını inkar etmək olmaz. Həmçinin də müxalifətin və onun tərəfdaşlarının tükəndiyini də inkar etmək olmaz. Barak Obama Suriya münaqişəsinə müdaxilə etməmək barəsində strateji qərar verib.

Bəşər Əsəd rəhbərliyindəki Suriya dövlətinin ərazisi hətta xeyli kiçilsə də, o yıxılmadı. Məhz Suriya əhalisinin qalan böyük əksəriyyəti rejimin rəhbərliyi altında yaşayır. Əsədi nəinki onun icması olan ələvilər, həmçinin digər icmaların nümayəndələri və eləcə də sakitlik və sabitlik istəyən sünnülər də dəstəkləyir. Amma müqavimət qüvvələrinin hakimiyyəti altındakı ərazilərdə isə anarxiya və xaos hökm sürür. Bu illər ərzində müxaliflər alternativ hökumət yarada bilmədi.

Ehtiyatla güman etmək olar ki, müxtəlif intensivliklə müharibə hələ uzun çəkəcək. Əgər vəziyyət indiki kimi qalarsa, onda müqavimət qüvvələri ölkənin kənarlarına itələnəcəklər və qələbəyə olan bütün şanslarını itirəcəkələr. Türklərin və beynəlxalq təzyiqin sayəsində kürdləri də geriyə doğru – Suriya dövlətinin hüdudlarından kənara qovacaqlar. İŞİD isə Suriya və İraqın səhralıq rayonlarına sıxışdırılacaq. Belə olan halda Suriya hökuməti itirilmiş torpaqlarda tədricən nəzarəti bərpa edə biləcək.

Bu Əsəd üçün nikbin proqnozdur. Ancaq bunun mütləq olaraq baş tutacağını iddia etmək də düz deyil. İstənilən halda, Suriya dövlətinin ayağa durmasından öncə (əgər bu mümkündürsə) bu proses illərə yayılacaq. Bəşər Əsədin məhv olacağı barəsində çox danışlmasına baxmayaraq, o tədricən müharibənin əsas qalibinə çevrilir və rejim gücləri son həftələr bu qələbyə doğru mühüm addımlar atıb.

(“İsrael Hayom”-İsrail)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.